Tramp ABŞ-nin Qrenlandiyanı ilhaq edəcəyini düşünür

00:25 - 14 Mart 2025

Tramp ABŞ-nin Qrenlandiyanı ilhaq edəcəyini düşünür

ABŞ prezidenti Donald Tramp hesab edir ki, ABŞ Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanı ilhaq edəcək.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bunu NATO-nun baş katibi Mark Rutte ilə görüşündə bildirib.

“Bəli, düşünürəm ki, bu baş verəcək. Hazırda bu məsələdə açar rolu oynaya biləcək şəxsin yanında oturmuşam”, - Ağ Ev rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Qrenlandiya ABŞ-yə beynəlxalq təhlükəsizliyi təmin etmək üçün lazımdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az