Pakistanın Xeyber-Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda terrorçular tərəfindən törədilən terror aktı nəticəsində azı 7 pakistanlı əsgərin öldüyü, 13 nəfərin yaralandığı, 6 hücumçunun isə zərərsizləşdirildiyi bildirilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pakistan və Əfqanıstan arasında gərginlik davam edərkən, Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsində partlayış səsləri eşidilib. Pakistan təhlükəsizlik qüvvələri silahlı terrorçuların hərbi düşərgəyə intiharçı hücumu həyata keçirdiklərini açıqlayıb.
Pakistan polisindən verilən açıqlamada, intiharçı maşının iştirak etdiyi hücumda 7 Pakistan əsgərinin öldüyü, 13 əsgərin yaralandığı bildirilib. Rəsmilər bir terrorçunun avtomobili düşərgənin divarına çırpdığını, daha ikisinin isə düşərgəyə soxulmaq istəyərkən vurulduğunu bildirdi. Baş nazir Şahbaz Şərif hücumda 6 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.