Parisdəki Luvr Muzeyindən 88 milyon avro dəyərində zinət əşyaları oğurladıqdan sonra qaçan oğruların görüntüləri ortaya çıxıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə dünyaca məşhur Luvr muzeyində daş-qaşın oğurlanmasının görüntüləri ortaya çıxıb.
Sosial şəbəkələrdə yayımlanan görüntüdə növbətçi jilet geymiş şəxs muzeydə eksponatların və zərgərlik məmulatlarının yerləşdiyi şüşə arakəsmənin çox yaxınlığında olduğu görünür.
Mühafizəçilər tərəfindən lentə alınan digər görüntülərdə üzləri örtülmüş iki quldurun yük liftindən sürətlə enərək motosikletlə hadisə yerindən uzaqlaşdıqları görünür.
Paris Prokurorluğu istintaqın davam etdiyini və oğurlanmış 9 qızıl-zinət əşyasının hələ də tapılmadığını açıqlayıb.