Mərkəzi Afrika ölkəsi Kamerunda 43 ildir ölkəyə rəhbərlik edən 92 yaşlı prezident Pol Biya mübahisəli seçkilərdə qalib gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, prezident Paul Biya dünyanın ən yaşlı lideridir. Bu, Biya-nın səkkizinci səlahiyyət müddəti olacaq və o, daha 7 il Kamerunun prezidenti olaraq qalacaq.
Konstitusiya Məhkəməsi 12 oktyabr seçkilərində Biya-nın 53,7% səs topladığını, rəqibi İsa Tchiroma Bakari isə 35,2% səs topladığını açıqladı.
43 ildir ölkəyə rəhbərlik edən Biya bir dəfə də olsun seçkilərdə uduzmayıb.