"Hər ehtimal diqqətlə araşdırılacaq" - Bahçelidən MESAJ

17:28 - 12 Noyabr 2025

\"Hər ehtimal diqqətlə araşdırılacaq\" - Bahçelidən MESAJ

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli, Türk Silahlı Qüvvələrinə aid C-130 tipli hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğrayaraq 20 hərbçinin şəhid olmasından dolayı böyük bir kədər yaşandıqlarını ifadə edib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bahçeli, qəzanın bütün yönləri ilə araşdırılacağını və hər ehtimalın diqqətlə qiymətləndiriləcəyini bildirdi.

Devlet Bahçeli yazılı açıqlamasında belə deyib:

"Türk Silahlı Qüvvələrinin envanterinə daxil olan C-130 tipli hərbi yük təyyarəmiz, Azərbaycan'ın Gəncə şəhərindən Türkiyəyə doğru uçuşa başladıqdan bir müddət sonra Gürcüstan hava sahasında faciəvi bir qəzaya uğrayaraq düşüb. Bu qəzada təyyarədə olan 20 qəhrəman hərbçimizin şəhid olması, ölkəmizə böyük bir acı yaşatdı."

MHP lideri, bu faciəli hadisənin bütün aspektləri ilə araşdırılacağını və hər ehtimalın diqqətlə incələnəcəyini vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az