Bu ölkədə fövqəladə vəziyyət elan edildi

16:43 - 26 Noyabr 2025

Bu ölkədə fövqəladə vəziyyət elan edildi

Tailandın baş naziri Anutin Çarnvirakul, ölkənin cənubunda baş verən daşqınlar səbəbindən Songkhla əyalətində fövqəladə vəziyyət elan edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tailand Hökumətinin İctimaiyyətlə Əlaqələr Departamentinin verdiyi məlumata görə, Çarnvirakul, daşqınlardan zərər çəkən Songkhla əyalətində fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanı imzalayıb.

"Müsibət bölgələrində insanlara yardım göstərmək, ərzaq və ilkin ehtiyac malları ilə təmin etmək üçün müxtəlif qurumlar təyin edilib", - deyə məlumatda bildirilir.

Tailand Meteorologiya Departamenti, ölkənin cənubundakı müxtəlif şəhərləri, xüsusən də, Songkhla-ı təsir edəcək leysan yağışları və daşqın riski barədə xəbərdarlıq edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az