Addım-addım müharibəyə doğru - ABŞ-a meydan oxudu

16:47 - 26 Noyabr 2025

Addım-addım müharibəyə doğru - ABŞ-a meydan oxudu

Venesuela lideri Nikolas Maduro istefa verməsi və ölkəni dinc yolla tərk etməsi üçün Birləşmiş Ştatların görünməmiş hərbi və diplomatik təzyiqi ilə üz-üzədir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, F-18 və B-52 qırıcıları paytaxtın sahil sularının üzərində uçur, minlərlə ABŞ əsgərinin yerləşdiyi nəhəng aviasiya gəmisi Venesuela sahillərində lövbər salıb və Tramp hər gün hücuma hazır olduğunu vurğulayır.

Lakin Maduro, ölkəsinin qarşısında dayanan döyüş gəmilərinə, ölkəni işğal etməyə hazırlaşdığı iddia edilən minlərlə ABŞ əsgərinə, ən müasir hərbi təyyarələrə əhəmiyyət vermir. Bu gün o, xalqının qarşısına hərbi geyimdə çıxıb və “Bolivar qılıncı”nı qaldırıb. Heç bir imperialist qüvvədən qorxmadığını iddia edən Maduro, qılıncı sahilin o tayında yerləşən ABŞ qüvvələrinə qarşı yönəldib.

O, ABŞ Prezidenti Tramp ilə gözlənilən danışığı barədə isə heç bir açıqlama verməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az