Oxford İngilis Dili Lüğəti, 2025-ci ilin ən populyar sözünün "rage bait" (yəni, "qəzəb yemi") olduğunu açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Oxford İngilis Dili Lüğəti 2025-ci ilin ən məşhur sözünü açıqlayıb. İlin sözü "rage bait" (qəzəb yemi) olub. Bu söz, onlayn qarşılıqlı əlaqəni artırmaq məqsədilə qəzəb yaratmaq üçün təhrik edici və ya incitici paylaşımları təsvir edir. Lüğət mütəxəssislərinin sözlərinə görə, bu ifadənin istifadəsi son 12 ayda üç dəfə artıb.
Oxford İngilis Dili Lüğətinə görə, "rage bait" sosial mediada bilərəkdən qəzəbləndirici, hirsləndirici və ya təhrik edici məzmun yaratma üsulunu ifadə edir. Belə məzmunların məqsədi, klikləmə və qarşılıqlı əlaqəni artıraraq hesab və ya saytın trafiki artırmaqdır.