Aktrisa Müge Boz və basketbolçu həyat yoldaşı Caner Erdeniz uşaqlarının təhsili üçün Londona köçüblər.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul-dakı evlərini bağlamayan cütlük, iş səbəbiylə zaman-zaman Türkiyəyə səfər etməyə davam edəcəklər.
Aktrisa Müge Boz ilə basketbolçu Caner Erdeniz iki övladlarının təhsili üçün həyatlarını İngiltərənin paytaxtı Londona köçürüb. Cütlüyün, 6 yaşlı Vina və 1 yaşlı Rika üçün daha yaxşı bir təhsil planı qurduqları bildirilir. Boz və Erdeniz İstanbulda olan evlərini bağlamayıblar və iş layihələri üçün zaman-zaman Türkiyəyə gəlməyə davam edəcəklər.