Ukrayna və ABŞ nümayəndə heyətlərinin dünənki danışıqlarında ən çətin məsələ ərazi mübahisəsi olub.
Manset.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə fransalı həmkarı Emmanuel Makronla birgə mətbuat konfransında bəyan edib.
"Təkcə ərazi məsələsi ilə bağlı 6 saat yarım müzakirələr aparılıb", – deyə Zelenski bildirib.
O əlavə edib ki, hazırkı sülh planı ilkin 28 bəndlik variantdan daha yaxşı görünür.
Ukrayna lideri həmçinin Rusiyanın Kupyanskı nəzarətə götürdüyü barədə iddiaları təkzib edib: "Moskva bəyan edir ki, ordusu şəhərlərə daxil olub, amma onlar hələ də bizim nəzarətimizdədir. Kupyansk bizim nəzarətimizdədir. Şübhəsiz ki, Rusiyanın bir neçə hücum əməliyyatı var, lakin heç biri uğurlu olmayıb."