Türkiyədə silahlı insident - Yaralılar var 

23:27 - 01 Dekabr 2025

Türkiyədə silahlı insident - Yaralılar var 

Türkiyənin Bursa şəhərində kafedə atışma olub.


Manset.az Haber Global-a istinadən xəbər verir ki, hadisə Nilufər rayonunda baş verib.

İki qrup arasında baş verən silahlı insident nəticəsində dörd nəfər yaralanıb.

Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

İnsidentlə bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az