İspaniyada 13 yaşlı qız uşağı 20 mərtəbəli tərkedilmiş bir otelin 5-ci mərtəbəsindən düşərək həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qız uşağının otelə birlikdə getdiyi dostları ilə oyun oynayarkən tarazlığını itirərək yıxıldığı ehtimal edilir.
Ölkəni sarsıdan bu hadisənin ardından yerli sakinlər aidiyyatı qurumlara otelin sökülməsi üçün çağırış ediblər.