logo
logo logo
logo

Çexiyada qoturluq epidemiyası yayıldı - Ölənlər var

00:30 - 02 İyul 2026

Çexiyada qoturluq epidemiyası yayıldı - Ölənlər var

Çexiyada son 30 ilin ən böyük qoturluq epidemiyası qeydə alınıb. İlin əvvəlindən ölkədə 7 mindən çox yoluxma halı aşkarlanıb, dörd xəstə isə həyatını itirib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Çexiya Dövlət Səhiyyə İnstitutu məlumat yayıb.

Müqayisə üçün, ötən il ərzində Çexiyada 5 min yoluxma qeydə alınmışdı. Bu il isə yoluxma sayı artıq yarım il ərzində həmin göstəricini keçib və xəstələnmə səviyyəsi iki dəfə artıb.

Epidemioloqların məlumatına görə, ən çox yoluxma Moraviya-Sileziya vilayətində qeydə alınıb. Burada xəstələrin əksəriyyəti 19 yaşadək şəxslərdir.

Yanvarın əvvəlindən iyunun 29-dək bölgədə təxminən 670 yoluxma halı aşkarlanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 200 nəfər çoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az