logo
logo logo
logo

Azyaşlının üzünə yarasa qondu - Quduzluqdan dünyasını dəyişdi

10:12 - 02 İyul 2026

Azyaşlının üzünə yarasa qondu - Quduzluqdan dünyasını dəyişdi

Kanadada üzünə yarasa toxunduqdan sonra quduzluq virusuna yoluxan 11 yaşlı uşaq həyatını itirib.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, hadisə 2024-cü ildə Kanadanın Ontario əyalətində yerləşən bağ evlərindən birində baş verib.

"Canadian Medical Association Journal" jurnalında dərc olunan hesabata əsasən, uşaq gecə yatarkən üzünə toxunan yarasanın təsirindən oyanıb və heyvanı üzündən uzaqlaşdırıb. Daha sonra uşağın atası yarasanı qab vasitəsilə tutaraq bayıra buraxıb.

Uşağın bədənində görünən dişləmə və ya cızıq izi aşkarlanmadığı, həmçinin yarasanın qeyri-adi davranış nümayiş etdirmədiyi üçün ailə ilkin mərhələdə tibbi yardıma müraciət etməyib.

Hadisədən 19 gün sonra isə uşaqda üz nahiyəsində keyimə və şişkinlik əlamətləri müşahidə olunmağa başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az