Pakistanın Pəncab əyalətində yağan güclü yağışlar insan tələfatına və xəsarətlərə səbəb olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 2 nəfər həlak olub, 9 nəfər yaralanıb.
Pəncab Xilasetmə Xidmətinin (Rescue 1122) sözçüsü Faruk Əhməd bildirib ki, leysan yağışları nəticəsində bir sıra ərazilərdə divarlar və dam örtükləri uçub, həmçinin reklam lövhələrindən biri aşıb.
Onun sözlərinə görə, Attok şəhərində divarın uçması nəticəsində 2 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.
Faruk Əhməd əlavə edib ki, Para Şahin Bağ bölgəsində yaşayış evinin damının çökməsi nəticəsində daha 3 nəfər xəsarət alıb. Xuşab bölgəsində isə ildırım vurması nəticəsində 1 nəfər yaralanıb.
Bundan başqa, Sarqodha şəhərində aşan reklam lövhəsinin bir nəfərin üzərinə düşməsi, Şeyxupura şəhərində isə taxta dam örtüyünün uçaraq bir nəfərə xəsarət yetirməsi ilə bağlı məlumat verilib. Hadisələr nəticəsində ümumilikdə 9 nəfər yaralanıb.