logo
logo logo
logo

Kiyevə gecə hücumu - 13 nəfər həlak oldu

12:20 - 02 İyul 2026

Kiyevə gecə hücumu - 13 nəfər həlak oldu

Rusiyanın Kiyevə endirdiyi zərbələr nəticəsində 13 nəfər həlak olub.


Manset.az BBC agentliyinə istinadən xəbər verir ki,  Rusiya qüvvələri gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə pilotsuz təyyarə və raket hücumu təşkil edib və 13 nəfər ölüb.

Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanın "böyük" hücuma hazırlaşdığı barədə xəbərdarlığından bir neçə saat sonra şəhərdəki binalara zərbələr endirildiyi üçün bir neçə məhəllə boşaldılıb.

Kiyev hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, itkilər arasında uşaqlar da var.

O, əlavə edərək bildirib ki, "Düşmən yenidən qəsdən yaşayış məntəqələrini hədəf alır və mülki şəxsləri öldürür".

 Rusiya Müdafiə Nazirliyi Ukraynanın son hücumlarına cavab olaraq enerji obyektlərini hədəf aldığını iddia edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az