Taylandın şimal-şərqində yerləşən Mukdahan əyalətində 11 yaşlı uşağın idarə etdiyi yük maşını zəvvarlara çırpılıb, nəticədə 8 nəfər ölüb.
Manset.az xəbər verir ki, hadisə zamanı yük maşını piyada şəkildə ziyarətə çıxmış 35 nəfərlik buddist rahib qrupunu vurub.
Mukdahan qubernatoru Vorrayan Bunnnaratın sözlərinə görə, rahiblərdən 5-i hadisə yerində, 3-ü isə xəstəxanada həyatını itirib. Daha 14 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanada müalicə olunur.
Polis 11 yaşlı uşağın nəzarətə götürüldüyünü, hadisənin başvermə səbəblərinin araşdırıldığını bildirib