445 metr yüksəklikdə evlilik təklifi qandallarla nəticələndi.
Manset.az Haber Global agentliyinə istinadən xəbər verir ki, Nyu-Yorkun simvolu sayılan "Empire State" binasının 445 metrlik antena qülləsinə dırmaşan cəsur bir cütlük yüksəklikdə evlilik təklifi edib və üzərində dünya sülhü ilə bağlı mesaj yazılmış bir pankart açıb. ABŞ mediası və polis helikopterlərinin də cəlb olunduğu həyəcanlı təqib cütlüyün saxlanılması ilə nəticələnib.
Bildirilib ki, sonradan dəmir məhəccərlərdən tutaraq aşağı mərtəbədəki balkona enən cütlük, binanın antena qülləsinə icazəsiz çıxdıqları və təhlükə yaratdıqları üçün saxlanılıb.