Konqo Demokratik Respublikasında (KDR) yayılan Ebola epidemiyası davam edir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 1406-ya, ölənlərin sayı isə 438-ə yüksəlib.
Məlumata əsasən, indiyədək 192 nəfər sağalıb, 609 nəfərin isə izolyasiya şəraitində və ya xəstəxanalarda müalicəsi davam etdirilir.
Epidemiya əsasən ölkənin şərqində yerləşən İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində yayılmaqda davam edir.