logo
logo logo
logo

Türkiyədə məşhur aktyor saxlanıldı

14:16 - 02 İyul 2026

Türkiyədə məşhur aktyor saxlanıldı

Komediya aktyoru Dəniz Göktaş saxlanılıb.


Manset.az Haber Global agentliyinə istinadən xəbər verir ki, "Ölü Deniz" adlı stand-up şousu ölkədə geniş müzakirə mövzusuna çevrilən komediyaçı Dəniz Göktaş xarici səfərdən Türkiyəyə qayıdıb. Göktaş hava limanında pasport nəzarəti zamanı saxlanılıb.

Komediya ustası Dəniz Göktaşın Harbiye Açıq Səma Teatrında nümayiş etdirdiyi və milli müzakirə mövzusuna çevrilən "Ölü dəniz" adlı stend-up şousu ilə bağlı istintaq başladılıb.

Bildirilib ki, Baş Prokurorluq tərəfindən aparılan istintaq “ictimaiyyətin bir hissəsi tərəfindən qəbul edilmiş dini dəyərləri açıq şəkildə aşağılamaq” ittihamı ilə başlayıb.

Şounun sosial mediada paylaşılan görüntüləri və sonrakı şərhlər əsasında məhkəmə prosesinin İstanbul Baş Prokurorluğunun koordinasiyasında davam etdiyi bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az