İran Silahlı Qüvvələrinin müharibənin idarə olunmasına cavabdeh bölməsi olan Hətəmül-Ənbiya Mərkəzi Qərargahı ABŞ-nin Hörmüz boğazında “təhlükəsizlik məsələlərinə” və ya “nizamı pozan” hər hansı müdaxiləsinin İranın milli suverenliyinə təhdid kimi qiymətləndiriləcəyini və buna qətiyyətlə cavab veriləcəyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qərargahın açıqlaması ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Bəhreynin paytaxtı Manamada bölgədəki 11 ölkənin yüksək rütbəli hərbi nümayəndələrinin iştirakı ilə keçirdiyi təhlükəsizlik toplantısından sonra yayılıb.
Açıqlamada Hörmüz boğazının İranın suveren ərazisi daxilində olduğu vurğulanaraq bu strateji su yolunun təhlükəsizliyinin və sabitliyinin qorunmasının İran Silahlı Qüvvələrinin “qırmızı xətti” olduğu qeyd edilib.
ABŞ-nin Hörmüz boğazında təhlükəsizlik işlərinə və ya nizamı pozan hər hansı müdaxiləsi İranın milli suverenliyinə təhdid kimi qiymətləndiriləcək və buna qəti şəkildə cavab veriləcək.
Açıqlamada həmçinin ABŞ-yə məxsus pilotlu və pilotsuz hərbi hava vasitələrinin Hörmüz boğazı üzərində mövcudluğunu davam etdirməsinin regional təhlükəsizliyi təhdid etdiyi bildirilib.