logo
logo logo
logo

Tom Henks yenidən böyük ekranlara qayıdır

15:08 - 02 İyul 2026

Tom Henks yenidən böyük ekranlara qayıdır

Tom Henksdən pərəstişkarlarına yeni film sürprizi var.


Manset.az xəbər verir ki, "Oskar" mükafatlı Hollivud ulduzu Tom Henks yeni film layihəsində rol almağa hazırlaşır.

"Philadelphia", "Forrest Gump" və "Cast Away" kimi məşhur filmlərlə kino tarixində iz qoyan aktyorun növbəti layihəsinin Sony Pictures tərəfindən istehsal olunacaq "The Comebacker" filmi olduğu açıqlanıb. Filmin 30 iyul 2027-ci il tarixində kinoteatrlarda nümayişi planlaşdırılır.

Ekran əsərinin süjeti oyun zamanı başına beysbol topu dəyən və bundan sonra həyatı tamamilə dəyişən bir şəxsin hekayəsindən bəhs edir. Tom Henks filmdə qeyri-adi xarakterə malik beysbol məşqçisi obrazını canlandıracaq.

Bununla yanaşı, aktyorun qarşıdakı dövr üçün daha bir neçə mühüm layihəsi var. Bu il "Greyhound 2" filminin çəkilişlərinə başlanacağı gözlənilir və Henks burada yenidən Komandir Ernest Kraus roluna qayıdacaq. O, həmçinin "Lincoln in the Bardo" filmində ilk dəfə ABŞ prezidenti obrazını canlandıracaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az