Əfqanıstanın şimal-şərqində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin episentri Bədəxşan vilayətinin Corm rayonundan 50 kilometr cənub-qərbdə yerləşib.
Bildirilib ki, yeraltı təkanlar 216,7 kilometr dərinlikdə baş verib.
Hazırda zəlzələ nəticəsində ölən, yaralanan və ya dağıntılarla bağlı rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, Hindukuş dağ silsiləsində yerləşən Bədəxşan vilayəti yüksək seysmik aktivliyi ilə seçilir və burada tez-tez zəlzələlər baş verir.