logo
logo logo
logo

Tramp İspaniyanı sərt tənqid etdi 

15:24 - 02 İyul 2026

Tramp İspaniyanı sərt tənqid etdi 

ABŞ Prezidenti Donald Tramp NATO üzvü olan İspaniyanı sərt tənqid edərək Madridin alyans qarşısındakı öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Şimali Dakota ştatında keçirilən siyasi tədbirdə çıxışı zamanı İspaniyanın, xüsusilə də İrana qarşı hərbi əməliyyatlar və NATO çərçivəsindəki öhdəliklərlə bağlı kifayət qədər dəstək vermədiyini vurğulayıb.

ABŞ Prezidenti Madrid rəhbərliyinə iradını bildirərək, "İspaniya NATO üzvüdür, amma yaxşı NATO üzvü deyil", - deyə qeyd edib.

Tramp çıxışında ABŞ-nin sabiq prezidenti Teodor Ruzveltin ispanlara qarşı apardığı döyüşləri də xatırladıb. O bildirib ki, Ruzvelt qazandığı qələbələrlə İspaniyanın müdafiə xəttini yarmağa nail olmuşdu.

ABŞ Prezidenti daha sonra İspaniyanın vaxtilə nüfuz sahibi olduğu Kuba, Puerto-Riko, Filippin və Quam kimi əraziləri sadalayaraq, "Onlar bizə yaxşı davranmırlar. Yaxın vaxtlarda bu ərazilərin əllərindən çıxıb getdiyini görəndə bunu anlayacaqlar. Bunların hamısı bir vaxtlar bizim idi", - deyə bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az