logo
logo logo
logo

Qiyamətdən sonra bu planetdə həyat olacaq - İDDİA

15:45 - 02 İyul 2026

Qiyamətdən sonra bu planetdə həyat olacaq - İDDİA

Astronom James Webb Kosmik Teleskopundan istifadə edərək ölü ulduzun orbitində fırlanan nəhəng planetin atmosferini ilk dəfə tədqiq ediblər.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, kəşfə görə, Günəş təxminən 5 milyard ildən sonra ömrünü başa vurduqda Yupiter kimi nəhəng planetlər, hətta potensial olaraq Yer də bu prosesdən sağ çıxa bilər.

Araşdırmanın obyekti Yerdən 82 işıq ili uzaqlıqda yerləşən WD 1856b adlı nəhəng planet olub. Bu planet nüvə yanacağını tükədərək çökmüş, son dərəcə sıx ağ cırtdan ulduzun orbitində dövr edir.

"Nature" jurnalında dərc olunan araşdırmada qeyd olunur ki, alimlər sönmüş və soyumuş ulduzun ətrafında yerləşən bu planetin atmosfer temperaturunun Yupiterdə olduğu kimi təxminən mənfi 113 dərəcə Selsi olacağını gözləyirdilər.

Lakin James Webb Kosmik Teleskopunun topladığı məlumatlar planetin atmosfer temperaturunun gözləniləndən xeyli yüksək – təxminən 126 dərəcə Selsi olduğunu üzə çıxarıb.

Alimlərin sözlərinə görə, bu qeyri-adi nəticə planetin keçmişi və təkamülü ilə bağlı yeni elmi modellərin hazırlanmasını zəruri edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az