Rusiya bu gecə Kiyevə kütləvi kombinə edilmiş hücumuna görə cavab verəcək.
Manset.az RBK Ukraine-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski paytaxtın Darnitski rayonunda hücumun baş verdiyi əraziyə baxış keçirərkən deyib.
"Rusiya Kiyevə son zərbəsinə görə mütləq cavab alacaq", – Ukrayna dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, Rusiyanın Kiyevə son kütləvi zərbələri nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.