İndoneziyanın Şimali Maluku əyalətinin Tobelo bölgəsi sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata əsasən, təbii hadisə nəticəsində insan tələfatı və ya maddi ziyan qeydə alınmayıb.
ABŞ-ın ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin Tobelo bölgəsinin qərbində baş verdiyini açıqlayıb.
Yerli vaxtla qeydə alınan yeraltı təkanların maqnitudası 6,2 olub. Bildirilib ki, zəlzələ Yer səthindən təxminən 120,9 kilometr dərinlikdə baş verib.
Zəlzələ dərin ocaqlı olduğundan sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilməyib.