İstanbulda gündüz vaxtı evə oğurluğa girən 3 qadın tutuldu.
Manset.az Haber Global agentliyinə istinadən xəbər verir ki, Küçükçekmece, Beylikdüzü və Bakırköy rayonlarında baş verən bir sıra oğurluq hadisələrindən sonra polis tədbir gördü. Oğurluq Bürosunun qrupları şübhəlilərin təhlükəsizlik kamerası görüntülərini əldə etdilər. Görüntülərdə şübhəlilərin boş mənzilləri müəyyən etmək üçün gündüz vaxtı binadan binaya gəzdikləri, sonradan oğurluqları törədərək hadisə yerindən sürətlə qaçdıqları görünürdü.
Oğurluq Bürosunun əməkdaşları araşdırma zamanı şəxsiyyətləri müəyyən edilən şübhəliləri tutmaq üçün əməliyyat keçirib. Reydlər zamanı şübhəli Ela C. evdə saxlanılıb, Ceylan Ç. və Gülseren Ç. isə oğurluqdan sonra qaçmaq üçün mindikləri taksidə saxlanılıblar. Şübhəlilər İctimai Təhlükəsizlik Şöbəsi Müdirliyində dindiriliblər.
İctimai Asayiş Şöbə Müdirliyində rəsmi prosedurları tamamlanan şübhəlilər məhkəməyə göndəriliblər.