Türkiyədə iş adamı başından güllələnmiş vəziyyətdə tapıldı.
Manset.az Haber Global agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Datça rayonunda tikinti sektorunda fəaliyyət göstərən 58 yaşlı Z.B. iş yerində başından güllə yarası almış vəziyyətdə tapılıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib. Tibb işçilərinin hadisə yerində göstərdiyi ilkin yardımdan sonra ağır yaralı Z.B. təcili yardım avtomobili ilə Muğla şəhərindəki xəstəxanaya çatdırılıb.
Həkimlər onun vəziyyətinin ağır olduğunu və həyatı üçün təhlükənin davam etdiyini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.