Fransa hökuməti iyun ayında ölkəni təsiri altına alan güclü isti hava dalğası zamanı bir həftə ərzində əvvəlki illərin orta göstəricisi ilə müqayisədə 2 025 əlavə ölüm faktının qeydə alındığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fransanın səhiyyə naziri Stefani Rist bildirib ki, iyunun 22-si başlayan həftədə qeydə alınan ölüm halları əvvəlki həftə ilə müqayisədə 30 faiz artıb.
Nazirin sözlərinə görə, iyunun 22–28-i tarixlərində ölkədə müşahidə olunan isti hava dalğası nəticəsində əvvəlki illərin eyni dövrünün orta göstəricisi ilə müqayisədə 2 025 nəfər daha çox həyatını itirib.