logo
logo logo
logo

"Xameneinin intiqamını alacağıq" - İran rəsmisi

16:07 - 03 İyul 2026

\"Xameneinin intiqamını alacağıq\" - İran rəsmisi

İran Ordusunun komandanı, general-mayor Əmir Hatəmi ölkənin sabiq ali rəhbəri Əli Xameneinin qisasının alınacağını bəyan edib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İran dövlət televiziyasına danışan Hatəmi Xamenei ilə bağlı keçirilən dövlət dəfn mərasimi zamanı bildirib ki, onun ölümü ölkənin iradəsini daha da gücləndirib.

"İran xalqının düşmənləri olan ABŞ və İsrail bilməlidirlər ki, şəhid rəhbərimizin və bütün şəhidlərimizin qisasını alacağıq", – deyə Hatəmi vurğulayıb.

Xatırladaq ki, İranın sabiq ali rəhbəri Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin həyata keçirdiyi hücum zamanı həlak olub. Hazırda Tehranda onunla bağlı dövlət mərasimləri keçirilir. Təxminən bir həftə davam edəcək mərasimlərdən sonra Xamenei iyulun 9-da Məşhəd şəhərində dəfn olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az