Venesuelada baş vermiş zəlzələlər nəticəsində ölənlərin sayı 2954 nəfərə, yaralıların sayı isə 16 592 nəfərə çatıb.
Manset.az EFE-yə istinadən xəbər verir ki, bu barədə Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriqqes bildirib.
Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib.