logo
logo logo
logo

İranın Ermənistandakı səfirliyi Trampa müraciət  ünvanladı

10:03 - 05 İyul 2026

İranın Ermənistandakı səfirliyi Trampa müraciət  ünvanladı

İranın Ermənistandakı səfirliyi ABŞ Prezidenti Donald Trampa müraciət ünvanlayıb.


Manset.az xəbər verir ki, səfirliyin müraciəti "X" sosial şəbəkə hesabında paylaşılıb.

"Siz Ayətullah Xameneiyə (Əli Xamenei) sui-qəsd etdiniz, insanları öldürmək olar, amma idealları yox", - sözləri qeyd olunan müraciətdə Trampın "Axios"a müsahibə zamanı səsləndirdiyi hədələr qınanıb.

Xatırladaq ki, Tramp iyulun 4-də İranın mərhum Ali rəhbəri Əli Xameneinin dəfn mərasimi ilə bağlı danışıqlara bir həftəlik fasilə verildiyini açıqlayıb.

Onun sözlərinə görə, bu müddət ərzində tərəflərin heç biri digərinə atəş açmayacaq: "Onların hamısı oradadır. Bir atəş və hamısını öldürə bilərik, lakin biz bunu etmək fikrində deyilik, çünki o zaman danışıqlar aparmağa heç kimimiz qalmayacaq".




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az