logo
logo logo
logo

ABŞ-də anomal istilər 25 nəfərin ölümünə səbəb oldu

11:49 - 05 İyul 2026

ABŞ-də anomal istilər 25 nəfərin ölümünə səbəb oldu

ABŞ-nin bir sıra regionlarında rekord istilər 25 nəfərin ölümünə səbəb olub.


Manset.az xəbər verir ki, bu barədə ştat rəsmilərinə istinadən "NBC News" məlumat yayıb.

Qeyd olunub ki, ən çox ölüm halı Nyu-Cersi ştatında qeydə alınıb - 22 nəfər.

"Ölənlər, əsasən, 30-80 yaş arası insanlardır. Ölüm halları 10 dairədə, əsasən, ştatın mərkəzi və şimal hissələrində qeydə alınıb", - ştatın Səhiyyə Departamentinin nümayəndəsi Daliya Evais bildirib.

"Daha bir nəfər İllinoysda, iki nəfər isə Missisipidə ölüb", - telekanal dəqiqləşdirib. Onların bir çoxu kondisionersiz evlərdə, bəziləri isə küçədə və ya park edilmiş avtomobillərdə tapılıb.

Anormal istilər iyulun 4-də Vaşinqtonda Müstəqillik Gününün qeyd olunmasına da təsir edib. Milli xiyabandakı şənliklərin bəzi iştirakçılarına tibbi yardım tələb olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az