Türkiyənin Adana şəhərində zəlzələ baş verib.
Manset.az-ın Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Adananın Saimbəyli rayonunda 3,5 maqnitudalı zəlzələnin baş verdiyini açıqlayıb.
AFAD-ın yaydığı məlumata görə, yeraltı təkanın ocağı 8,04 kilometr dərinlikdə yerləşib.
Zəlzələ ilə bağlı dağıntı və ya xəsarət alanlar barədə hələlik hər hansı rəsmi məlumat verilməyib.