Fransada hökm sürən güclü isti hava dalğası səbəbindən ölkənin cənub-şərqində yerləşən yeddi departamentdə fövqəladə vəziyyət elan olunub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, rəsmilər həmin ərazilərdə meşə yanğınları riskinin son dərəcə yüksək olduğunu bildiriblər.
Yerli mətbuatın yaydığı məlumata görə, Fransa bir tərəfdən yeni isti hava dalğasının təsiri altına düşüb, digər tərəfdən isə xüsusilə cənub-şərq bölgələrində davam edən meşə yanğınları ilə mübarizəni davam etdirir.
Qırmızı həyəcan rejiminin tətbiq edildiyi Şərqi Pireneylər (Pyrénées-Orientales) və Ero (Hérault) departamentlərində baş verən meşə yanğınlarının isə hələ də tam nəzarət altına alınmadığı bildirilib.