ABŞ İrana qarşı zərbələri genişləndirəcəyi və ya quru əməliyyatına başlayacağı təqdirdə, İran hərbçiləri Qırmızı dəniz və Bab əl-Məndəb boğazını blokadaya ala bilərlər.
Manset.az xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri məlumatlı mənbələrə istinadən yazıb.
"Nəşrin mövzu ilə tanış mənbələrinin sözlərinə görə, son günlərdə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) xəbərdarlıq edib ki, əgər Vaşinqton hücumları intensivləşdirərsə və ya quru müdaxiləsi variantını nəzərdən keçirərsə, İran Bab əl-Məndəb boğazını və Qırmızı dənizi bağlamağa cəhd göstərə, həmçinin gəmilərə hücum edə bilər", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, iyul ayında İranın dəstəklədiyi husilər və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı zərbələr yenidən başlayıb. Bu fonda husilər Səudiyyə Ərəbistanına məxsus gəmilər üçün dəniz blokadası elan ediblər.