logo
logo logo
logo

İran ABŞ ilə dialoqun davam etdiriləcəyini AÇIQLADI

18:28 - 26 İyul 2026

İran ABŞ ilə dialoqun davam etdiriləcəyini AÇIQLADI

Tehran Pakistandakı vasitəçilərə ABŞ nümayəndələri ilə dialoqu kəsmədiyini, sadəcə danışıqlar prosesini müvəqqəti dayandırdığını bildirib.


Manset.az xəbər verir ki, bu barədə "Al-Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.

"İran Pakistan hakimiyyətinə danışıqlardan çıxmadığını, ancaq onları müvəqqəti dayandırdığını bildirib", - məlumatda qeyd olunub.

Tehran həmçinin İslamabadı məlumatlandırıb ki, İranın qənaətinə görə, danışıqlar ABŞ ilə əvvəllər imzalanmış anlaşma memorandumuna uyğun olaraq davam etdirilməlidir.

Həmçinin qeyd olunub ki, İran danışıqların, ilk növbədə, Hormuz boğazı problemləri, daha sonra dondurulmuş İran aktivlərinin blokdan çıxarılması, yalnız bundan sonra İslam Respublikasının nüvə proqramı üzrə bərpa edilməsində təkid edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az