Yunanıstanda gömrük əməkdaşlarının tətili səbəbindən Pazarkule və İpsala sərhəd-keçid məntəqələrindən nəqliyyat vasitələrinin keçidinə icazə verilmir.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Türkiyədən Avropaya yola düşən, əsasən xaricdə yaşayan vətəndaşlar Kapıkule sərhəd-keçid məntəqəsinə yönləndirilirlər.
Yunanıstanda gömrük əməkdaşlarının tətili səbəbindən Ədirnədə yerləşən Pazarkule və İpsala sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılıb.
Pazarkule sərhəd-keçid məntəqəsindən Yunanıstana keçmək istəyən sürücülər, əsasən xaricdə yaşayan Türkiyə vətəndaşları, rəsmilər tərəfindən Bolqarıstan istiqamətində fəaliyyət göstərən Kapıkule sərhəd-keçid məntəqəsinə yönləndiriliblər.
Almaniyaya qayıdan Əhməd Türkoğlu bildirib ki, Türkiyədən çıxış üçün Pazarkule sərhəd-keçid məntəqəsini seçiblər, lakin Yunanıstan tərəfində tətil keçirildiyi üçün Kapıkuleyə yönləndirildiklərini deyib
"Görünür, Yunanıstan tərəfində tətil var. Buradan Kapıkuleyə gedəcəyik."
Fransaya səfər edən Cihan Rayman da Yunanıstandakı tətil səbəbindən Kapıkule sərhəd-keçid məntəqəsindən istifadə etmək məcburiyyətində qaldıqlarını bildirib.
Belçikaya gedən Nəsimi Can isə tətil səbəbindən Yunanıstana keçə bilmədiklərini, buna görə də təxminən 20 kilometr məsafədə yerləşən Kapıkule sərhəd-keçid məntəqəsinə yönləndirildiklərini qeyd edib.