logo
logo logo
logo

Co Baydenin oğlu prezidentliyə namizəd olacaq?

14:44 - 06 Sentyabr 2026

Co Baydenin oğlu prezidentliyə namizəd olacaq?

ABŞ-nin sabiq prezidenti Co Baydenin oğlu Hanter Bayden ölkənin ali dövlət postu uğrunda mübarizəyə qoşula biləcəyini istisna etməyib.


Manset.az "New York Post" nəşrinə istinadən xəbər verir ki, o, radiojurnalist Con Katsimatidisə müsahibəsində asılılıqdan əziyyət çəkən insanların maraqlarını təmsil edə biləcəyini bildirib.

"Əgər sizin dəstəyinizi qazansam, ola bilsin ki, seçkidə iştirak etmək məcburiyyətində qalacağam", - deyə kiçik Bayden siyasi ambisiyaları ilə bağlı sualı cavablandırarkən bildirib.

Narkotik asılılığından əziyyət çəkdiyini daha əvvəl açıq şəkildə etiraf edən keçmiş prezidentin oğlu potensial tərəfdarlarının auditoriyasını da açıqlayıb. O, hələ də asılılıqdan əziyyət çəkən 50 milyon amerikalının taleyindən narahat olduğunu bildirib.

Hanter Bayden 2019-cu il iyunun 1-dən etibarən narkotik istifadə etmədiyini vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az