logo
logo logo
logo

Trampın saçları müzakirə obyektinə çevrildi

22:25 - 06 Sentyabr 2026

Trampın saçları müzakirə obyektinə çevrildi

ABŞ Prezidenti Donald Trampın saçlarının rəngindəki dəyişiklik diqqət çəkib.


Manset.az xəbər verir ki, Tramp cümə günü “Air Force One” təyyarəsində Nyu-Cersiyə gedərkən görüntülənib.

"Reuters" fotoqrafı Erik Linin çəkdiyi kadrlarda 80 yaşlı prezidentin saçlarının əvvəlki alışılmış qızılı-sarı rəngdən nəzərəçarpacaq dərəcədə tünd göründüyü diqqət çəkib.

"Independent" də Trampın Nyu-Cersinin Morristown şəhərində görüntülənərkən saçlarının normaldan daha tünd göründüyünü yazıb. Dəyişiklik sosial şəbəkələrdə müzakirələrə səbəb olsa da, Trampın saçını boyatdırıb-boyatdırmadığı, yaxud görüntünün işıqlandırma və ya digər texniki səbəbdən fərqli göründüyü məlum deyil. Ağ Ev də məsələ ilə bağlı açıqlama verməyib.

Tramp növbəti gün “Fox News” aparıcısı Bret Bayer və digər şəxslərlə qolf oynayarkən görüntülənib. Lakin üzərində qırmızı papaq olduğu üçün saçlarının yeni görünüşünün davam edib-etmədiyini müəyyənləşdirmək mümkün olmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az