Nepalın Çin sərhədinə yaxın Rasuva bölgəsində və ətraf ərazilərdə baş verən sel nəticəsində həyatını itirənlərin sayı açıqlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarəolunması Agentliyi sosial media hesabında seldən sonra ölkədəki son vəziyyətlə bağlı məlumat yayıb.
Bildirilib ki, ölkə üzrə sel fəlakəti nəticəsində ölənlərin sayı 1355-ə yüksəlib. İtkin düşən 4 996 nəfərin axtarışı və xilas edilməsi istiqamətində işlər davam etdirilir.
Məlumata görə, xəstəxanalara yerləşdirilən 6 672 nəfər müalicə olunur. Fəlakət bölgələrində axtarış-xilasetmə işlərinin aparılması, yardımın paylanması, meyitlərin çıxarılması və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün 21 402 təhlükəsizlik əməkdaşı səfərbər olunub.
Nepal hökumətinin bir günlük matəm elan etməsindən sonra ölkədə bu gün dövlət bayraqları yarıyadək endirilib. Yerli sakinlər həlak olan və itkin düşən şəxslərin xatirəsinə anım mərasimləri keçiriblər.