logo
logo logo
logo

İran ABŞ-yə aid pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqladı

20:43 - 08 Sentyabr 2026

İran ABŞ-yə aid pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqladı

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri tərəfindən yayılan yazılı açıqlamada Hörmüz boğazının girişində ABŞ-a məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyi bildirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin yaydığı açıqlamada bu gün sübh çağı həyata keçirilən “mürəkkəb əməliyyat” nəticəsində ABŞ-a məxsus müasir sualtı dəniz aparatının Hörmüz boğazının girişində aşkar edilərək ələ keçirildiyi qeyd olunub.

Açıqlamada aparatın 2025-ci ildə ABŞ donanmasına təhvil verilmiş, qabaqcıl sualtı texnologiyalarla təchiz olunmuş ən müasir ağıllı və pilotsuz sualtı aparatlardan biri olduğu iddia edilib.

İnqilab Keşikçiləri Korpusu sualtı aparatın ələ keçirilməsini əks etdirən görüntülərin yaxın saatlarda yayımlanacağını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az