ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbir zamanı İranla yaranmış gərginliklə bağlı açıqlamalar verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp jurnalistlərin ABŞ rəsmilərinin İranla müharibənin başa çatdırılması ilə bağlı məsələləri müzakirə etmək üçün vasitəçi ölkələrin nümayəndələri ilə görüşüb-görüşmədiyinə dair sualını müsbət cavablandırıb.
ABŞ Prezidenti həmçinin ölkəsinin yaxın zamanda İranla müharibədə qalib gələcəyini bildirib. O deyib: “Məncə, bu və ya digər şəkildə qalib gələcəyik. Çox sürətli olacaq”.