Nepalın 7 min 126 metr yüksəklikdə yerləşən Himlunq Himal dağında srağagün qar uçqunu baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 12 nəfər isə itkin düşüb.
Şiddətli hava şəraiti zamanı qar uçqununa düşən qrupdan ən azı 11 nəfərin xilas edildiyi bildirilib. Səkkiz dağ bələdçisindən ibarət qrupun isə itkin düşən şəxslərin axtarışını davam etdirdiyi qeyd olunub.
Dağın yerləşdiyi Mananq bölgəsində həftəsonu yağan güclü yağışlardan sonra daşqın və torpaq sürüşmələri də baş verib.
Nepalın Rasuva bölgəsində avqustun 26-da baş verən daşqın nəticəsində ölənlərin sayı isə 1 400-ü ötüb.