Tailand rəsmiləri ölkəni hava yolu ilə tərk edən şəxslər üçün ölkədən çıxış vergisi tətbiq etməyi nəzərdən keçirirlər.
Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “The Nation” nəşri qanun layihəsinə istinadən məlumat yayıb.
Təklif olunan vergi bəzi xüsusi kateqoriyaya aid şəxslər istisna olmaqla, həm Tailand sakinlərinə, həm də əcnəbilərə şamil ediləcək. İlkin mərhələdə hər çıxış üçün vergi dərəcəsi 1000 baht (30 ABŞ dolları) müəyyən edilib, lakin gələcəkdə bu məbləğ 5000 bahta (150 ABŞ dolları) qədər arta bilər.
Əvvəlcə vergi yalnız təyyarə ilə Tailanddan çıxan səyahətçilərə tətbiq olunacaq. Bununla belə, gələcəkdə bu tədbirin quru və dəniz yolu ilə çıxışlara da şamil edilməsi planlaşdırılır.