logo
logo logo
logo

Moldovada su qıtlığı - Nazir xalqa çağırış etdi

23:57 - 07 Oktyabr 2026

Moldovada su qıtlığı - Nazir xalqa çağırış etdi

Moldovanın ətraf mühit naziri Georgi Xajder keçirdiyi brifinqdə ölkə sakinlərinin çaylarda su çatışmazlığına vərdiş etməli olduqlarını bəyan edib.


Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, nazir ölkənin əsas su mənbələrində vəziyyətin acınacaqlı olduğunu bildirib.

“Moldova əhalisinin böyük hissəsini su ilə təmin edən hər iki mühüm çayda suyun səviyyəsi çox aşağıdır. Əfsus ki, vəziyyət kifayət qədər pisdir. Biz buna öyrəşməliyik yerli hakimiyyət orqanları uyğunlaşmalı və insanları su ilə təmin etməyin yeni yollarını axtarmalıdırlar. Vəziyyəti təhlil etmək və həll yolları təklif etmək üçün Kişinyova Yunanıstandan xüsusi mütəxəssislər dəvət etmişik”, – deyə Xajder vurğulayıb.

Xatırladaq ki, sentyabrın 26-da Moldova parlamenti Dnestr və digər çayların quruması ilə əlaqədar ölkədə 60 gün müddətinə hidroloji fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında qərarı təsdiqləyib. Baş nazir Vasili Tofan isə yararanmış gərgin vəziyyətdə ölkə əhalisinə müraciət edərək onları vəziyyətin yaxşılaşması üçün dua etməyə çağırıb. Artıq ölkədə sudan istifadəyə sərt məhdudiyyətlər tətbiq olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az