logo
logo logo
logo

Rusiya ABŞ-yə dizel yanacağı göndərir

15:03 - 21 Oktyabr 2026

Rusiya ABŞ-yə dizel yanacağı göndərir

Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak ABŞ-yə dizel yanacağı daşıyan ilk tankerin sabah limandan yola düşəcəyini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Novak Sankt-Peterburqda jurnalistlərə açıqlamasında Rusiya ilə ABŞ arasında dizel yanacağının tədarükünə dair müqavilələrin imzalanması prosesinin son mərhələyə çatdığını deyib. İlk tankerin sabah ABŞ istiqamətində hərəkətə başlamasının planlaşdırıldığını bildirən Novak tədarükün gələcəkdə də davam edəcəyini vurğulayıb.

“İki ölkə lideri arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, imkanlarımız daxilində ABŞ-nin dizel yanacağına olan tələbatını ödəyəcəyik”, – deyə o qeyd edib.

Novak Rusiyanın dizel yanacağı ixracını ilin sonunadək əvvəlki səviyyəyə qaytara biləcəyini də bildirib. Onun sözlərinə görə, ixrac həcmi neft emalı zavodlarının istehsal imkanlarından asılı olaraq mərhələli şəkildə artırılacaq.

Nazir müavini ixracın ilin sonunadək tam bərpa olunacağı təqdirdə digər ölkələrə də əvvəlki həcmdə dizel yanacağı tədarük etməyin mümkün olacağını söyləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az