logo
logo logo
logo

Fransanın 23 vilayətində xəbərdarlıq edildi

17:34 - 23 Oktyabr 2026

Fransanın 23 vilayətində xəbərdarlıq edildi

Fransada, əsasən, Atlantik okeanı sahilində yerləşən 23 vilayətdə “Ostin” fırtınası ilə əlaqədar təhlükə səviyyəsi narıncı həddə qaldırılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın Milli Meteorologiya Xidməti — “Météo-France” ölkənin qərb və şimal bölgələrində küləyin sürətinin saatda 140 kilometrə çata biləcəyi barədə xəbərdarlıq edib.

Qurum həmin vilayətlərdə təhlükə səviyyəsinin narıncı həddə yüksəldildiyini açıqlayaraq sakinləri ehtiyatlı olmağa çağırıb.

Fransanın nəqliyyat naziri Filip Tabaro da ABŞ-nin X sosial şəbəkəsindəki hesabında paylaşım edərək İl-de-Frans, Normandiya və Bretan bölgələrində, eləcə də O-de-Frans vilayətində dəmir yolu nəqliyyatında ciddi fasilələrin yarandığını bildirib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az