İtaliyanın Siciliya adası sahillərində, Palermo şəhərindən təxminən 98 kilometr məsafədə 5,6 bal gücündə zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.
Palermo şəhərindən təxminən 98 kilometr aralıda qeydə alınan zəlzələnin geniş ərazidə hiss olunduğu bildirilib.